“Snapchat” istifadəçilərinə bəd xəbər: Artıq proqram...

“Snapchat” istifadəçilərinə bəd xəbər: Artıq proqram...
  • Maraqlı

  • "Snapchat” proqramı ödənişli olacaq.

    Asiya.az xəbər verir ki, ən məşhur foto və video paylaşma proqramlarından biri olan "Snapchat” ödənişli abunə sisteminə keçir. 

    Xüsusilə gənclər arasında populyarlığını qoruyan "Snapchat” istifadəçilərinə "Snapchat Plus” adı ilə istifadəyə veriləcək. Ödənişli üzvlüyü olan istifadəçilər bir çox xüsusiyyətləri ilə tətbiqi çox rahatlıqla istifadə edə biləcəklər.

    "Snapchat” sözçüsü Liz Markman verdiyi açıqlamada "Snapchat Plus”u istifadəyə vermək üçün ilkin sınaq mərhələsində olduqlarını bildirib.

    Tətbiqlər üzərində araşdırma aparan Alessandro Paluzzinin məlumatına görə, "Snapchat Plus” abunəsinin qiyməti də müəyyənləşib.
     
    Paluzzinin Twitter-də paylaşdığı məlumata görə, abunənin aylıq ödənişi 4,59 avro, illik ödənişi isə 45,99 avro olacaq.
    Ayşən
    PAYLAŞ:

    Oxşar xəbərlər