Yevlax "MERO"sunda vətəndaşdan niyə rüşvət istənilir?

Yevlax "MERO"sunda vətəndaşdan niyə rüşvət istənilir?
  • Sosial / Araşdırma

  • "Yevlax Qeydiyyat, İmtahan və Texniki baxış İdarəsinin zabit əməkdaşı Pərviz Hacıyev vəzifə səlahiyyətlərindən sui-istifadı edərək məndən 380 manat pul alıb və vəzifə saxtakarlığı etmişdir." 

    Bu sözlər Göyçay rayonu Qaraməryəm kənd sakini 2-ci qrup əlil Babayev Arzu Vidadi oğlu tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Naziri Vilayət Eyvazova ünvanlanan ŞİKAYƏT məktubunda qeyd olunur. 

    Bir nüsxəsi "Asiya.az"-a daxil olan şikayət məktubu təqdim edirik:

    Onun bu hərəkətləri cinayət tərkibi yaradır.
    Belə ki, 50 CR 659 nömrli VAZ-21011 markalı avtomobili qeydiyyata aldırmaq üçün 02 avqust 2022-ci il tarixdə Yevlax Qeydiyyat, İmtahan və Texniki baxış İdarəsində oldum. Qeydiyyat şöbəsinin əməkdaşı Pərviz Hacıyev avtomobili qeydiyyata aldırmaq üçün məndən 400 manat pul istədi. İstənilən pulun çox olmasını bildirdikdə Pərviz Hacıyev mənə dedi ki, avtomobilin mühərriki dəyişdirilib buna görə sənin heç bir arayışın sənədin yoxdur bəlkə bu mühərrik cinayət yolu ilə əldə edilib.

    Buna görə mən məcbur olub Pərviz Hacıyevə 380 manat pulu heç bir terminal ödənişi etmədən əlbəəl verdim.

    50 CR 659 nömrəli VAZ-21011 markalı avtomobil dayım oğlu Göyçay rayonu Bəğır kənd sakini Hacıyev İqrar Asif oğlunun adına 23 BN 474 nömrəsi ilə qeydiyyata alındı. Həmin avtomobili idarə etmək hüququm var.
    Yevlax Qeydiyyat, İmtahan və Texniki baxış İdarəsinin əməkdaşı Pərviz Hacıyevin bu hərəkətləri cinayət əməlidir. Çünki məndən istədiyi pulu almaq üçün özü mənə bildirdi ki, avtomobilin üzərindəki mühərrik dəyişdirilib hansı yolla əldə edilməsinə dair heç bir sənədi yoxdur. Polis zabitinin öz marağına görə cinayət əməli ilə məşğul olması ağır məsuliyyətdir. Pərviz Hacıyev həttda orada mənimlə kobud rəftar etdi. Pulu alandan sonra isə elə bil hər şey qanunların yox pulun başında idi.

    Sizdən xahiş edirəm şikayət ərizəmi yerində mənim iştirakımla obyektiv araşdırıb vəzifə səlahiyyətlərindən sui-istifadə edərək korrupsiya əməlləri ilə məşğul olan Yevlax Qeydiyyat, İmtahan və Texniki baxış İdarəsinin əməkdaşı Pərviz Hacıyevin barəsində qanunu və ciddi tədbirlər görəsiniz."

    Asiya.az-a Yevlax Qeydiyyat, İmtahan və Texniki baxış İdarəsində baş verən qanunsuz hərəkətlərlə bağlı redaksiyamıza məlumatlar daxil olmaqdadır. Növbəti xəbərimizdə baş verən qanunsuzluqlar və buna göz yuman rəhbərlikdən söz açacağıq.

    Asiya.az xəbərdə adı keçən hər kəsin, eləcə də Baş DYPİ-nin mövqeyini dərc etməyə hazırdır.


    PAYLAŞ:

    Oxşar xəbərlər