Astara, Lənkəran, Masallı və Yardımlı təhsil sektorlarına müdir təyinatları oldu

Astara, Lənkəran, Masallı və Yardımlı təhsil sektorlarına müdir təyinatları oldu
  • Siyasət / Araşdırma

  • Lənkəran-Astara Regional Təhsil İdarəsinin rayonlar üzrə təhsil sektorlarına müdir təyinatları olub.

    Asiya.az xəbər verir ki, Əliyeva Ülviyyə Qalib qızı Astara rayonu üzrə təhsil sektorunun müdiri təyin edilib. 

    1995-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakultəsini bitirib. 2019-cu il tarixindən Lənkəran Dövlət Universitetinin doktorantıdır. 1993-2006-cı illərdə Lənkəran şəhər 9 nömrəli məktəbdə ixtisası üzrə müəllim 2007-2010-cu illərdə Şilavar kənd ümumi orta məktəbində direktor, 2011-ci ildə Xüsusi İnternat məktəbində direktor, 2011-2020-ci illərdə Lənkəran Şəhər 7 nömrəli tam orta məktəbdə direktor, 2020-2022-ci illərdə Lənkəran Şəhər Təhsil şöbəsinin müdiri və Lənkəran-Astara Regional Təhsil İdarəsinin Lənkəran sektoru üzrə müdiri vəzifəsində işləyib.

    Rzayev Elman Qardaşxan oğlu Lənkəran rayonu üzrə təhsil sektorunun müdiri təyin edilib.

    1999-cu ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsini bitirib. 1999-cu ildən Boladi kənd 2 nömrəli tam orta məktəbdə müəllim, 2002-ci ildən həmin məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini kimi fəaliyyət göstərib. 2010-cu ildən etibarən Lənkəran rayon N.Axundov adına Boladi kənd 1 nömrəli tam orta məktəbində direktor vəzifəsində çalışıb. 

    Hətəmov Qoşqar Həmzəli oğlu Masallı rayonu üzrə təhsil sektorunun müdiri (həvalə) təyin edilib. 

    2000-ci ildə Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsini, 2010-cu ildə magistr pilləsini Lənkəran Dövlət Universitetində Fiziki coğrafiya ixtisası üzrə bitirib. Uzun müddət müəllim kimi fəaliyyət göstərib. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın  təşkil etdiyi imtahanın müsabiqə və müsahibə mərhələsində uğur qazanaraq 2011-ci ildə Masallı Rayon Təhsil şöbəsinə böyük məsləhətçi vəzifəsinə təyin edilib. 2022-ci ildən Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı sektoru üzrə aparıcı məsləhətçi vəzifəsində işləyib.

    Təhməzov Kamal Orucəli oğlu Yardımlı rayonu üzrə təhsil sektorunun müdiri təyin edilib. 

    2005-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetininin filologiya fakültəsini, 2011-ci ildə Naxçıvan Dövlət Universitetinin Sosial İdarəetmə və Hüquq fakültəsini Hüquqşünaslıq ixtisası üzrə bitirib. Uzun müddət müəllim kimi fəaliyyət göstərib. 2019-cu ildən Masallı rayon Xırmandalı kənd Xıdır Məmmədov adına tam orta məktəbində direktor vəzifəsində çalışıb.

    Asiya.az olaraq yeni təyinat alan sektor müdirlərini təbrik edir və uğurlar arzu edirik. 
    PAYLAŞ:

    Oxşar xəbərlər