Mətbəxdə istifadə etdiyiniz bu məhsullara diqqət yetirin: Xərçəng riskini dörd dəfə artıra bilər

Mətbəxdə istifadə etdiyiniz bu məhsullara diqqət yetirin: Xərçəng riskini dörd dəfə artıra bilər
  • Maraqlı

  • Mətbəxdə hər gün istifadə etdiyiniz bəzi məhsullara diqqət yetirin.

    Asiya.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-da aparılan yeni bir araşdırma gündəlik həyatımızda istifadə etdiyimiz mətbəx qablarından tutmuş hazır qida paketlərinə qədər bir çox yerdə tapılan kimyəvi maddələrin xərçəngə tutulma riskini 4,5 dəfə artırdığını ortaya qoyub.

    Mütəxəssislər bəzi kimyəvi maddələrin xüsusilə hazır qidaların qablaşdırılmasında və yanmaz, yapışmaz adı ilə satılan qazan və tava kimi mətbəx qablarında olduğunu izah ediblər.

    ABŞ-dakı Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri bu kimyəvi maddələrin hər yerdə olduğunu xəbərdar edib. Mütəxəssislər bu kimyəvi maddələrin yapışmayan qab və tavalardan təmizləyici vasitələrə, suya davamlı geyimlərdən şampunlara qədər gündəlik həyatda hər yerdə olduğunu vurğulayıblar.

    Bu tədqiqat son illərdə kimyəvi maddələrlə bağlı ən əhatəli tədqiqatlardan biri hesab olunur.
    Ayşən
    PAYLAŞ:

    Oxşar xəbərlər