Tanınmış Qarabağ müharibəsi döyüşçüsü vəfat etdi

Tanınmış Qarabağ müharibəsi döyüşçüsü vəfat etdi
  • Manşet / Cəmiyyət

  • Birinci Qarabağ müharibəsinin tanınmış döyükçüsü, ehtiyatda olan polis polkovnik-leytenantı Asif Məmmədov vəfat edib.

    Asiya.az
    xəbər verir ki, Məmmədov Asif Məmməd oğlu 10.12.1954-cü il tarixdə Füzuli rayonunun Kürdmahmudlu kəndində ziyalı ailəsində anadan olub.

    1-ci Qarabağ müharibəsi zamanı Füzuli rayon Polis şöbəsinin PPXB-nün komandiri, İctimai Təhlükəsizlik Bölməsinin rəisi, 1995-ci ildən isə şəxsi heyət üzrə rəis müavini vəzifəsində xidmət etmişdir.

    1-ci Qarabağ müharibəsi zamanı Füzuli rayonunun Horadiz şəhərinin və 23 kəndin işğaldan azad olunmasında qəhrəmanlıqla şücaət göstərmişdir.

    Milli Qəhrəmanlar - Pəhlivan Fərzəliyevin və Nazim Quliyevin komandiri olmuşdur.

    1-ci Qarabağ müharibəsi zamanı torpaqlar işğalda olduğu üçün Milli Qəhrəman adından imtina etmişdir.
    Qarabağ müharibəsi veteranı idi.
    Allah rəhmət etsin!
    PAYLAŞ:

    Oxşar xəbərlər