Lənkəran-Astara Regional Təhsil İdarəsi media nümayəndələri ilə görüş keçirdi - FOTOLAR

Lənkəran-Astara Regional Təhsil İdarəsi media nümayəndələri ilə görüş keçirdi - FOTOLAR
  • Araşdırma / Cəmiyyət

  • Bu gün Lənkəran - Astara Regional Təhsil İdarəsi tərəfindən cənub bölgəsində fəaliyyət göstərən media nümayəndələri ilə görüş keçirildi. 

    Lənkəran şəhərində yerləşən "Carnaval otel"-də keçirilən görüşdə 28 müxtəlif media qurumunu təmsil edən jurnalist iştirak edirdi. 

    İdarənin yarandığı gündən bu günə kimi görülən işlər barədə jurnalistlərə hesabat xarakterli məlumat verən idarə müdiri Elxan Nəcəfov media nümayəndələrinin region təhsili ilə bağlı suallarını şəxsən cavablandırıb, təkliflərini qəbul etdi.

    Tədbirdə "Asiya.az" xəbər portalının baş redaktoru olaraq mən də çıxış edib, regionda təhsilimizin inkişafı naminə öz təkliflərimi verib, cəmiyyəti narahat edən suallara cavab aldım.

    Gələcəkdə əvvəlcədən elan edilməklə hər ay daha geniş formatda bu tipli görüşlərin keçirilməsi qərara alınıb.

    Səmimi, işgüzar təhsil işçisi olan Elxan müəllimə və onun kollektivinə yeni, məsuliyyətli vəzifələrində uğurlar arzu edirəm.
    Cəfər Cəfərov, 
    Asiya.az








    PAYLAŞ:

    Oxşar xəbərlər