Moskvada dəhşətli hadisə: Məşhur siyasətçinin qızı öldü

Moskvada dəhşətli hadisə: Məşhur siyasətçinin qızı öldü
  • Manşet / Olay

  • Rusiyanın Moskva vilayətində "Toyota Land Cruiser Prado” markalı avtomobil partlayıb.

    Asiya.az
    Rusiya mətbuatına istinadən xəbər verir ki, avtomobildə Beynəlxalq Avrasiya Hərəkatının sədri, Rusiyanın ictimai-siyasi xadimi və politoloq Aleksandr Duqinin qızı, "United World International”ın baş redaktoru Darya olub.
    O, hadisə yerində keçinib. "112” telegram kanalı xəbər verir ki, qəzanın ilkin versiyaları qaz balonunun və ya əldəqayırma partlayıcı qurğunun partlaması olub.
    "Mash” kanalı isə bildirib ki, Daryanın olduğu avtomobi yeri vaxtla saat 21:35-də partlayıb, daha sonra yoldan çıxaraq binaya çırpılıb.
    Nəşrin skripkaçı Piter Lundstremə istinadən verdiyi məlumata görə, Aleksandr Duqin qızı ilə getməyi planlaşdırsa da, son anda başqa maşına əyləşib.

    Duqinlər fəxri qonaq kimi dəvət olunduğu Zaxarova malikanəsində keçirilən "Ənənə" ailə festivalından qayıdırmışlar.
    PAYLAŞ:

    Oxşar xəbərlər