Türkiyədə bir gündə 2 dəhşətli qəza: 34 nəfər öldü

Türkiyədə bir gündə 2 dəhşətli qəza: 34 nəfər öldü
  • Manşet / Olay

  • Bu gün Türkiyədə iki dəhşətli qəza olub.

    Asiya.az xəbər verir ki, Türkiyənin Mardin vilayətinin Derik rayonunda baş verən ağır yol qəzasında 19 nəfərə ölüb, 
    Bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca tviter səhifəsində bildirib.
    Onun sözlərinə görə, xəsarət alan 26 nəfərdən 6-sınin vəziyyəti ağırdır.
    Daha bir dəhşətli qəza isə Qaziantep-Nizip yolunda qeydə alınıb.

    İlkin məlumata görə, yüksək sürətlə hərəkətdə olan minik avtomobili idarəetmədən çıxıb və aşıb.

    Daha sonra hadisə yerinə gələn təcili tibbi yardım və yanğınsöndürən maşın ərazidə hərəkət edən avtobusla toqquşub.
    Hadisə nəticəsində azı 15 nəfərin öldüyü, 22 nəfərin isə yaralandığı bildirilib.
    Qeyd olunub ki, dünyasını dəyişənlərdən ikisi jurnalistdir.

    Türkiyə prezidenti Ərdoğan da hadisə ilə bağlı status paylaşıb və ölənlərin ailəsinə başsağlığı verib. 
    PAYLAŞ:

    Oxşar xəbərlər