“Nurlu yol” sənədli filminin təqdimatı oldu – VİDEO/FOTOLAR

“Nurlu yol” sənədli filminin təqdimatı oldu – VİDEO/FOTOLAR
  • Mədəniyyət / Araşdırma

  • Avqustun 27-də Nizami Kino Mərkəzində “Nurlu yol” sənədli filminin təqdimatı və bədii-elmi konfrans keçirilib.

    “Masal prodakşn”ın istehsalı olan ekran əsəri böyük mütəfəkkir, maarifçi, pedaqoq, folklorşünas, tarixçi-etnoqraf, ictimai-siyasi xadim Teymur bəy Bayraməlibəyovun həyat və yaradıcılığına həsr olunub.

    Filmin premyerasından Milli Məclisin deputatları – Anar İsgəndərov, Məşhur Məmmədov, Musa Qasımlı, Etibar Əliyev, Fazil Mustafa, Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru Misir Mərdanov, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB-nin sədri Arzu Bağırova, Əməkdar İncəsənət Xadimi Ağalar İdrisoğlu, Filologiya elmləri namizədi fəlsəfə doktoru Esmira Cavadova, 
    jurnalist-publisist Nurəddin Ədiloğlu, kinorejissor Elçin Məmiyev, elm xadimləri, QHT və Media rəhbərləri iştirak ediblər.

    Tədbiri giriş sözü ilə açan Əməkdar artist Mələk Abaszadə qonaqları salamladı, Teymur bəy Bayraməlibəyovun həyat və yaradıcılığı haqqında danışmaq üçün ilk sözü Tarix elmləri doktoru, professor, millət vəkili Anar İsgəndərova verdi. 

    Millət vəkilinin çıxışından sonra söz “Masal prodakşn”ın Baş direktoru Cəfər Cəfərova verildi. C.Cəfərov bildirdi ki, görkəmli şəxsiyyət Teymur bəy Bayraməlibəyovun 160 illik yubileyi ərəfəsində ərsəyə gələn sənədli film onun tarixçi, etnoqraf, folklorşünas, ictimai-siyasi xadim kimi bizə miras qoyduğu irsi öyrənilir və təbliğ edilir.

    Sonra “Nurlu yol” sənədli filmi nümayiş oldu. 

    Nümayişdən sonra millət vəkilləri, elm xadimləri Həsən bəy Zərdabi yolunun etibarlı davamçısı Teymur bəy Bayraməlibəyovun 160 illik yubileyi münasibəti ilə çıxışlar edib, filmin ərsəyə gəlməsində “Masal prodakşn”a minnətdarlıqlarını bildiriblər.

    Sonda T.B.Bayraməlibəyovun nəticəsi, jurnalist-publisist Teymur Atayev çıxış edərək sənədli filmin hazırlanmasında əməyi olanlara və tədbirə gələn qonaqlara Bayraməlibəyovlar ailəsi adından öz minnətdarlığını bildirib.

    Qeyd edək ki, “Nurlu yol” sənədli filminin ideya və ssenari müəllifi Cəfər Cəfərov, quruluş və təsvir rejissoru Elsevər Əliyev, montaj rejissoru Faiq Mirzə, Musiqi tərtibatı Ruslan Zahidov, Diktor Gültəkin Cəfərova, Fotoqraflar – Nurşad Bayramov, Emil Nuriyev, Məsləhətçilər – Məşhur Məmmədov, Teymur Atayev və Fuad Mehdiyevdir.

    Sənədli filmdə Teymur bəy Bayraməlibəyov rolunu Masallı Xalq Teatrının aktyoru Cavid Quliyev canlandırıb.





























    PAYLAŞ:

    Oxşar xəbərlər