Lənkəran-Astara Regional Təhsil İdarəsi cənublu tələbələri mükafatlandırdı - FOTOLAR

Lənkəran-Astara Regional Təhsil İdarəsi cənublu tələbələri mükafatlandırdı - FOTOLAR
  • Sosial / Manşet

  • Avqustun 30-da Lənkəran şəhər Mədəniyyət Mərkəzində 2021-2022-ci tədris ilində Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil müəssisələrini gümüş və qızıl nişanla bitirən, ali təhsil müəssisələrinə qəbul imtahanında 600 baldan yüksək nəticə göstərən və Respublika Fənn Olimpiadasının  qalibi olan məzunların mükafatlandırma tədbiri keçirilib. 

    Asiya.az
    xəbər verir ki, mükafatlandırılma tədbirində müxtəlif nominasiyalar üzrə, ümumilikdə, 99 məzun iştirak edib:

    - 600 baldan yüksək nəticə göstərən 68 məzun
    - Respublika Fənn Olimpiadalarında qalib olmuş 24 şagird
    - Orta məktəbi qızıl medalla bitirən 2 şagird 
    - Orta məktəbi gümüş medalla bitirən 5 şagird 
    - Amerika Birləşmiş Ştatlarının nüfuzlu universitetlərinə təqaüdlə qəbul olan 2 şagird.

    Tədbirdə Astara, Cəlilabad, Lənkəran, Lerik, Masallı və Yardımlı  rayonları üzrə yerli icra hakimiyyətlərinin nümayəndələri, Lənkəran Regional Mədəniyyət mərkəzinin müdiri, regionda fəaliyyət göstərən ali təhsil ocaqlarının, kollec və peşə liseylərin müdirləri iştirak edib. 

    Tədbir Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri cənab Elxan Nəcəfovun çıxış nitqi ilə açıq elan edilib. Ümumtəhsil müəssisələrini uğurla bitirmiş məzunlara müxtəlif hədiyyələr və təltifnamələr təqdim olunub. Lənkəran Dövlət Universitetinin rektoru prof. Natiq İbrahimov Respublika Fənn Olimpiadasında I yerə layiq görülmüş, “TK MMC”-nin müdiri Emin Bağırov isə ümumtəhsil müəssisələrini qızıl nişanla bitirmiş 2 məzunu xüsusi hədiyyələrlə təltif edib.

    Tədbirin bədii hissəsində Lənkəran şəhər 16 nömrəli körpələr evi-uşaq bağçasının fidanları, respublika  incəsənət festival-müsabiqəsinin qalibi Cəlilabad rayonun Kazımabad kənd tam orta  məktəbin şagirdi Cəfər Əliyev,respublika  incəsənət festival-müsabiqəsinin zona  mərhələsinin  qalibləri - Astara  şəhər  3 nömrəli  tam orta  məktəbin şagirdi Şəbnəm  Məmmədova,  Lerik şəhər 1 nömrəli texniki – fənlər təmayüllü liseyin şagirdi Nübar Fərəczadə, Lənkəran şəhər  4 nömrəli  humanitar təmayüllü  məktəb-liseyi və  Cəfər  Cabbarlı  adına 1 nömrəli uşaq musiqi  məktəbin şagirdi Məhti  Nəsirzadəhəmçinin, Masallı şəhər UGİM-nin dərnək  üzvü  Mehdi  Nağıyev çıxış ediblər.

    Tədbirdə iştirak edən qonaqlara təşəkkürümüzü bildirir, məzunlarımıza gələcək həyatlarında uğurlar arzulayrıq.










    PAYLAŞ:

    Oxşar xəbərlər