Novxanıda istirahət mərkəzində partlayış - Yaralılar var

Novxanıda istirahət mərkəzində partlayış - Yaralılar var
  • Olay

  • Novxanı qəsəbəsində yerləşən "Sunset" istirahət mərkəzində partlayış baş verib.

    AZXEBER.COM Manset.az-a istinadən xəbər verir ki, istirahət mərkəzində qaz balonu partlayıb. Partlayış nəticəsində çoxlu yaralılar olduğu bildirilir. Hadisə yerinə təcili tibbi yardım briqadaları və FHN əməkdaşları cəlb olunub.



    Faktla bağlı əlavə məlumat veriləcək.

    ***

    Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndinin ərazisində yerləşən "Sunset” istirahət mərkəzində partlayış baş verməsi barədə məlumat daxil olub.

    FHN-dən AZXEBER.COM-a verilən xəbərə görə,

    Məlumatla əlaqədar dərhal Nazirliyin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

    Müəyyən olunub ki, ilkin məlumata əsasən istirahət mərkəzinin suqızdırıcı (kombi) sistemində ani partlayış hadisəsi baş verib və nəticədə 3 nəfər xəsarət alıb. Dağıntı və yanğın hadisəsi qeydə alınmayıb.

    FHN-in qüvvələri tərəfindən obyekt ərazisində müvafiq təhlükəsizlik tədbirləri görülüb.
    PAYLAŞ:

    Oxşar xəbərlər