İcra başçısı 1-ci müavinini işdən çıxardı

İcra başçısı 1-ci müavinini işdən çıxardı
  • Siyasət / Manşet

  • Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmmədhüseyn Hüseynov işdən azad edilib.

    Asiya.az-ın əldə etdiyi məlumata görə, icra başçısı Araz Əhmədov bu barədə əmr imzalayıb. 

    Qeyd edək ki, 41 yaşlı Hüseynov bu təyinata qədər Masallı rayon İcra hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri, eyni zamanda YAP Masallı rayon təşkilatı Gənclər Birliyinin sədri vəzifələrində çalışıb. O, 2020-ci il də Masallının sabiq icra başçısı Şahin Məmmədovun imzası ilə 1-ci müavin postuna irəli çəkilmişdi. 

    PAYLAŞ:

    Oxşar xəbərlər