Ermənistanın təxribatı nəticəsində yaralanan Azərbaycan Ordusunun hərbçisi vəfat etdi

Ermənistanın təxribatı nəticəsində yaralanan Azərbaycan Ordusunun hərbçisi vəfat etdi
  • Manşet / Hərb

  • Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən ağır yaralanan Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Qurbanov Yusif Asif oğlu sentyabrın 17-də Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında vəfat edib.

    Bu barədə Asiya.az-a Müdafiə Nazirliyindən bildirilib.

    Qeyd edilib ki, həkimlərimizin səyinə baxmayaraq Y.Qurbanovun həyatını xilas etmək mümkün olmayıb.

    Şəhid olan hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı veririk.

    Allah şəhidlərimizə rəhmət eləsin.
    PAYLAŞ:

    Oxşar xəbərlər