Bunu Ukrayna dövlət başçısı Volodimir Zelenski "Ouest-France" nəşrinə müsahibəsində bildirib.
Rusiyada artıq qismən səfərbərliyin icrasına başlanıldığını bildirən Ukraynanın dövlət başçısı müsahibəsində rusları müharibəyə etiraz etməyə çağırıb.
Qeyd edək ki, daha əvvəl Rusiyanın Prezidenti Vladimir Putin və Təhlükəsizlik Şurası rəhbərinin müavini, keçmiş Prezident Dmitri Medvedev nüvə silahından istifadəni istisna etmədiklərini söyləyiblər. Onlar Rusiyanın müdafiəsi üçün bütün silahlardan istifadə edilə biləcəyini vurğulayıblar.///Report