Masallı polisi Anım Gününü belə qeyd etdi - FOTOLAR

Masallı polisi Anım Gününü belə qeyd etdi - FOTOLAR
  • Sosial

  • 27 sentyabr – Anım Günü ilə əlaqədar Masallı Rayon Polis Şöbəsinin rəisi polkovnik Azay Ağayev və şöbənin əməkdaşları rayonda keçirilən bir sıra tədbirlərdə iştirak ediblər.

    Asiya.az
    xəbər verir ki, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Millət vəkili Məşhur Məmmədov, şəhid ailələri, qazilər, rayon ictimayəti və media nümayəndələrinin də iştirak etdiyi anım tədbiri “Qəhrəmanlar parkı” abidə kompleksinin ziyarəti ilə başlayıb.

    Sonra Masallı Sənaye Məhəlləsinin həyətində şəhidlərin xatirəsinə ağacəkmə aksiyası keçirilib.

    Daha sonra rayonun Türkoba, Miyankü və Hişkədərə kəndlərində şəhidlərin xatirəsini əbədiləşdirmək üçün ucaldılan bulaq-abidə komplekslərinin açılışı olub. 
     
    Günün ikinci yarısı Masallı Rayon Polis Şöbəsinin əməkdaşları Daxil Qoşunların zabitləri ilə birlikdə Daxili Qoşunlarda xidmət edərək Vətən Müharibəsində şəhidlik məqamına ucalan Ramazan Vəliyevin məzarını Ağakişibəyli kəndində, Cavad İbadovun məzarını isə Masallı şəhərində ziyarət ediblər.












    PAYLAŞ:

    Oxşar xəbərlər