Oğurlandığı söylənilən Baş həkimdən AÇIQLAMA - AUDİO

Oğurlandığı söylənilən Baş həkimdən AÇIQLAMA - AUDİO
  • Manşet / Olay

  • Ötən gün Masallı Vərəm Dispanserinin baş həkiminin intihara cəhd etdiyi ilə bağlı mətbuatda və sosial şəbəkələrdə xəbər yayınlanmışdı. 
    Belə ki, baş həkim Mirrəhim Nəbiyevin sosial şəbəkələrdə sələmə pul götürdüyü və daha sonra ödəyə bilmədiyi üçün canına qəsd etdiyi bildirilirdi. Həmçinin qeyd olunur ki, Mirrəhim Nəbiyev borcunu ödəyə bilmədiyinə görə Spartak və Azər Nadirov qardaşları tərəfindən 1 gün girov saxlanılıb və daha sonra keçirdiyi sarsıntıdan damarlarını kəsərək intihara cəhd edib.

    Asiya.az-ın əməkdaşı Masallı Vərəm Dispanserinin baş həkimi Mirrəhim Nəbiyevlə əlaqə saxlayıb, yayılan məlumatla bağlı açıqlama alıb.
    Baş həkim bildirib ki, Hipoterioz xəstəliyindən əziyət çəkir. Gündəlik L-troksin dərmanı qəbul edir. Endokrinoloq tərəfindən dərman dozası qaldırıldığı üçün istifadə etdikdən sonra halı hisləşib. Əvvəlcə Masallı Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Orada ilkin yardım aldıqdan sonra Plazmaforez aparatı olmadığı üçün Bakı şəhərinə getmişdir. 

    “Hazırda işdəyəm, səhhətimlə bağlı şikayətim yoxdur. Qeyd etmək istəyirəm ki, adı çəkilən şəxslərlə heç bir əlaqəm yoxdur. Haqqımda yazılanlar həqiqəti əks etdirmir” – deyə baş həkim əlavə edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər