Qaydalara görə il əzrində 2 mövsüm oyun oynanılır. 1-ci mövsümdə "Bilik” Kuboku, 2-ci mövsümdə isə "Nar” Kubokunun sahibi bəlli olur. İlin sonunda isə "Bilik” kuboku və "Nar” kubokunun qalibləri, yəni 2 komanda Azərbaycan çempionu titulu uğrunda yarışır.
Qeyd edək ki, elm və təhsilin inkişafına dəstək "Nar”ın əsas KSM istiqamətlərindən biridir. Mobil operatorun həyata keçirdiyi sosial layihələr haqqında ətraflı məlumatı nar.az səhifəsindən əldə etmək olar.
"Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. "Nar” son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir