Qadın kafeyə gələn şəxsi qarət etdi

Qadın kafeyə gələn şəxsi qarət etdi
  • Hadisə

  • Sumqayıtda kafedə oğurluq olub.

    Daxili İşlər Nazirliyindən Asiya.az-a verilən məlumata görə, Qurd dərəsi bağlar sahəsində yerləşən kafelərin birində Sumqayıt şəhər sakininin 1090 manat pulu və mobil telefonu oğurlanıb. 

    Bu barədə Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə müraciət daxil olub.

    Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt sakini S.Rəhimova saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər