Azərbaycan Kubokunda yeni mövsümün püşkü atıldı

Azərbaycan Kubokunda yeni mövsümün püşkü atıldı
  • İdman

  • Futbol üzrə Azərbaycan Kubokunda 2022/2023 mövsümünün püşkü atılıb.

    Asiya.az xəbər verir ki, tədbir AFFA-nın inzibati binasında baş tutub. Mərasimə Peşəkar Futbol Liqasının vitse-prezidenti Aslan Şahgəldiyev, texniki direktoru Elgiz Abbasov, media və marketinq direktoru Sənan Abdullayev, həmçinin klub nümayəndələri qatılıb.

    Turnirdə 14 komanda iştirak edəcək. Püşkdən öncə klublar səbətlərə bölünüb. Ötən çempionatda ilk iki yeri tutan "Qarabağ” və "Neftçi” mübarizəyə1/4 finaldan başlayacaq.

    Premyer Liqanın digər 8 komandası və I divizionun 4 təmsilçisi ilk raunddan – 1/8 finaldan mübarizəyə qoşulacaq. Bu mərhələnin görüşləri 22-23 noyabrda baş tutacaq və bir oyundan ibarət olacaq.

    Azərbaycan kuboku
    1/8 final
    22-23 noyabr

    1. "Qəbələ” – "Araz-Naxçıvan”
    2. "Səbail” - MOİK
    3. "Şamaxı” – "Turan Tovuz”
    4. "Sabah” – "Qaradağ Lökbatan”
    5. "Kəpəz” – "Sumqayıt”
    6. "Zirə” – "Mingəçevir”

    1/4 final
    8-9 və 19-20 dekabr

    7. "Qarabağ” - 1-ci cütün qalibi
    8. 2-ci cütün qalibi – 3-cü cütün qalibi
    9. 4-cü cütün qalibi – 5-ci cütün qalibi
    10. 6-cı cütün qalibi – "Neftçi”

    Yarımfinal
    19 və 27 aprel

    11. 7-ci cütün qalibi – 8-ci cütün qalibi
    12. 9-cu cütün qalibi – 10-cu cütün qalibi

    Final
    3 iyun

    13. 11-ci cütün qalibi – 12-ci cütün qalibi
    PAYLAŞ:

    Oxşar xəbərlər