Azərbaycanda 16 yaşlı qızın boğazını kəsən nişanlısı imiş

Azərbaycanda 16 yaşlı qızın boğazını kəsən nişanlısı imiş
  • Hadisə

  • Bu gün Abşeron rayonu Hökməli qəsəbəsində 16 yaşlı qızın boğazını kəsərək qətlə yetirən şəxs tutulub.

    Asiya.az xəbər verir ki, "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, məscidin qarşısında H.Rəcəbovanı qətlə yetirən şəxsin 1996-cı il təvəllüdlü Həsənov Murad İlham oğlu olması müəyyən edilib. Abşeron RPİ Qobu Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində o, saxlanılıb.

    İlkin araşdırma zamanı məlum olub ki, Murad Həsənov 16 yaşı dekabrda tamam olacaq H.Rəcəbova ilə nişanlı olub. O bildirib ki, hadisəni qısqanclıq zəminində törədib.

    Araşdırmalar davam etdirilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər