Azərbaycan boks millisi Avropa çempionatını 2 medalla başa vurub

Azərbaycan boks millisi Avropa çempionatını 2 medalla başa vurub
  • İdman

  • Qadın boksçular arasında Monteneqronun Budva şəhərində keçirilən Avropa çempionatına yekun vurulub.

    Boks Federasiyasından verilən məlumata görə, Azərbaycan millisi 30 ölkədən 154 boksçunun qatıldığı yarışı bir gümüş və bir bürünc medalla başa vurub.

    Azərbaycan komandasının heyətində Aynur Rzayeva ikinci yeri tutub. +81 kq çəki dərəcəsində mübarizə aparan yığma üzvü finalda ukraynalı Mariya Lovçinska ilə döyüşüb və rəqib qələbə qazandığından gümüş medalla kifayətlənib.
    Ondan öncə isə Anaxanım İsmayılova (50 kq) bürünc medala yiyələnib.

    Qeyd edək ki, komanda Bakıya bu gün axşam saatlarında qayıdacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər