Masallıdan olan tələbə Türkiyədə vəfat etdi

Masallıdan olan tələbə Türkiyədə vəfat etdi
  • Sosial / Manşet

  • Türkiyə Respublikasında ali təhsil alan azərbaycanlı tələbə dünən ürək çatışmazlığından dünyasını dəyişib.


    Asiya.az xəbər verir ki, ikinci kurs tələbəsi olan Muxtar Vüqar oğlu Məmmədzadə Masallı rayonunun Bədəlan kənddindəndir.

    Onun valideynləri Vüqar müəllim və Arzu xanım Bədəlan kənd ümumi orta məktəbində müəllim olaraq çalışırlar. Mərhumun babası Həmdulla Məmmədov rayonun ağsaqqal təhsil işçisi olmaqla uzun müddət təhsil idarəetmə orqanlarında metodist vəzifəsində işləyib.

    ///Asiya.az
    PAYLAŞ:

    Oxşar xəbərlər