Masallı polisi şagirdlərlə görüş keçirdi - FOTOLAR

Masallı polisi şagirdlərlə görüş keçirdi - FOTOLAR
  • Sosial / Manşet

  • Masallı Rayon Polis Şöbəsinin əməkdaşları Z.Nəcəfov adına Ərkivan Qəsəbə 2 saylı tam orta məktəbində "Narkomaniya və erkən nigaha yox deyək" devizi altında tədbir keçirib.

    Asiya.az
    xəbər verir ki, yuxarı sinif şagirdləri ilə görüşün keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərimizin təhsilə təşviq edilməsi, sağlam həyat tərzinin təbliği, eləcə də onlarda vətənpərvərlik hissinin daha da yüksəldilməsidir.

    Görüşdə Masallı Rayon Polis Şöbəsinin əməkdaşları ilə yanaşı pedaqoqlar da iştirak ediblər.

    Çıxış edən Masallı Rayon Polis Şöbəsinin rəisinin şəxsi heyət işi üzrə köməkçisi polis baş leytenantı İxtiyar Talıbov, Masallı Rayon Polis Şöbəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profaktlik İşin Təşkili Qrupunun baş inspektoru polis kapitanı Samit Əliyev, Z.Nəcəfov adına Ərkivan Qəsəbə 2 saylı tam orta məktəbin direktoru Əbülfəz Əsədov və digərləri bildiriblər ki, cəmiyyətimizin və güclü Azərbaycan dövlətinin işıqlı gələcəyi məhz savadlı, sağlam gənclikdən asılıdır. Yeniyetmə və gənclərə bir daha izah edilib ki, təhsil onların gələcək həyatı üçün müsbət və həlledici amildir.

    Ali təhsil almaq arzusunda olan məktəblilərə Polis Akademiyası barədə ətraflı məlumat verilib, qocaman təhsil müəssisəsinin ölkəmizdə savadlı kadrların yetişməsində, daxili işlər orqanlarının hüquqşünaslarla təmin olunmasında mühüm rol oynadığı diqqətə çatdırılıb.

    Tədris prosesinə, kursantların hazırlığına həsr edilmiş videoçarx nümayiş olunub və məktəblilərin sualları cavablandırılıb.








    PAYLAŞ:

    Oxşar xəbərlər