Masallıda qışa hazırlıq işləri davam edir

Masallıda qışa hazırlıq işləri davam edir
  • Sosial / Manşet

  • Masallı rayon Xırmandalı kəndinin mərkəzindən keçən çayda təmizlik və dərinləşmə işləri aparılır.

    Asiya.az
    xəbər verir ki, rayonun Xırmandalı kəndindən keçən, uzunluğu 1,5 kilometr olan çay lildən təmizlənib, çayın mühafizə zolağında bəndlər vurulub və qış mövsümündə çayda daşqınların baş verməməsi üçün dərinləşmə işləri aparılıb. Görülən işlər Xırmandalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin dəstəyi və Masallı rayon Viləşçay Su İstismar İdarəsinin texnikaları vasitəsi ilə icra olunur.

    Eyni zamanda, ərazidə Vətən Müharibəsi əlilləri və veteranlarının evlərinə gedən küçəyə 100 metrə yaxın qum-çınqıl tökülərək hamarlanıb.
    Kənd sakinləri görülən işlərə görə öz minnətdarlıqlarını ifadə ediblər.
    PAYLAŞ:

    Oxşar xəbərlər