DTX tərəfindən saxlanılan nazir müavini kimdir? - DOSYE

DTX tərəfindən saxlanılan nazir müavini kimdir? - DOSYE
  • Araşdırma / Olay

  • Xəbər verdiyimiz kimi, DTX-nın əməliyyatı nəticəsində mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev saxlanılıb.

    E.Əliyev 2021-ci ildə mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin edilmişdi.

    Asiya.az xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycanın mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyinatla bağlı ötən ili sentyabrında sərəncam imzalayıb. Sərəncama əsasən, bu posta Elnur Əli oğlu Əliyev gətirilib. 

    Elnur Əliyev 1979-cu ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit ixtisası üzrə bakalavr və 2001-ci ildə İqtisad Universitetinin eyni ixtisas üzrə magistr dərəcəsini, 2013-cü ildə Böyük Britaniyanın Mançester Universitetinin Maliyyə ixtisası üzrə MBA dərəcəsini alıb.

    E.Əliyev 2000-2008-ci illərdə Xarici İşlər Nazirliyinin sistemində çalışıb. 2008-2017-ci illərdə İslam İnkişaf Bankında işləyib. Son təyinata qədər Birləşmiş Ərəb Əmirliklərində Azərbaycanın ticarət nümayəndəsi kimi çalışıb.

    E.Əliyev ötən ilin 12 avqustunda Mədəniyyət naziri Anar Kərimovun əmri ilə mədəniyyət nazirinin müşaviri vəzifəsinə təyinat almışdı.
    Aydın Nuri
    PAYLAŞ:

    Oxşar xəbərlər