Masallı polisi “Narkomaniyaya və erkən nikaha yox deyək!” mövzusunda şagirdlərlə görüş keçirdi - FOTOLAR

Masallı polisi “Narkomaniyaya və erkən nikaha yox deyək!” mövzusunda şagirdlərlə görüş keçirdi - FOTOLAR
  • Sosial

  • Masallı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 1 saylı tam orta məktəbində “Narkomaniyaya və erkən nikaha yox deyək!” mövzusunda maarifləndirici görüş keçirilib.

    Asiya.az
    xəbər verir ki, çıxış edən Masallı Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azay Ağayev ölkəmizdə narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkomaniya əleyhinə aparılan işlərin hər zaman diqqət mərkəzində olduğunu, bu istiqamətdə məqsədyönlü tədbirlərin həyata keçirildiyini bildirib.

    Şöbə rəisi qeyd edib ki, Daxili İşlər Nazirliyinin və yerli polis orqanlarının əməkdaşları bu istiqamətdə ciddi əməliyyat-istintaq, əməliyyat-texniki tədbirləri görməklə yanaşı, həm də yeniyetmə və gənclərlə vaxtaşırı görüşlər keçirirlər.

    Diqqətə çatdırılıb ki, əsrin bəlası olan narkomaniyaya qarşı mübarizəni təmin etmək məqsədilə belə tədbirlərin keçirilməsi mühüm əhəmiyyətə malikdir. Bu səbəbdən məktəblərdə, təlim-tərbiyə müəssisələrində, ayrı-ayrı kollektivlərdə maarifləndirmə işləri müntəzəm aparılmalı, hər bir şagird təhsilə və idmana diqqətli yanaşmalı, vətənpərvər olmalı, valideynlərinin və dövlətimizin onlara bəslədiyi etimadı doğrultmağa çalışmalıdır.

    Çıxış edən Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova və Lənkəran-Astara Təhsil İdarəsinin Masallı Sektorunun müdiri Qoşqar Hətəmov erkən nikaha daxilolma kimi neqativ halların ağır nəticələrindən danışıblar. Erkən nikahların yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının pozulmasına, vaxtsız qurulan ailələrin dağılmasına və cəmiyyətdə sosial problemlərin artmasına səbəb olduğunu diqqətə çatdırıblar.

    Sonra sosial yönümlü video çarx nümayiş olunub. 

    Sonda Masallı Rayon Polis Şöbəsinin rəisi Azay Ağayev şagirdləri maraqlandıran suallara cavab verib.


    PAYLAŞ:

    Oxşar xəbərlər