Masallıda “Şuşa ətrin duyulur” tamaşası nümayiş etdirildi – VİDEO/FOTOLAR

Masallıda “Şuşa ətrin duyulur” tamaşası nümayiş etdirildi – VİDEO/FOTOLAR
  • Mədəniyyət / Araşdırma

  • 8 noyabr – Zəfər Günü ilə əlaqədar  Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində jurnalist-publisist Cəfər Cəfərovun eyniadlı pyesi əsasında səhnələşdirilən "Şuşa ətrin duyulur" tamaşası nümayiş etdirilib.

    Asiya.az xəbər verir ki, Masallı Xalq Teatrı, Cəlilabad Xalq Teatrının həvəskar aktyorları, Masallı Dövlət Regional Kollecinin tələbələri, Masallı Rayon Gənclər və İdman idarəsinin tabeçiliyində fəaliyyət göstərən peşəkar idmançılarının iştirakı və “Biz Birlikdə Güclüyük” İctimai Birliyinin sponsorluğu ilə səhnəyə qoyulan tamaşada Pənahəli xan, Xurşidbanu Natəvan kimi tarixi şəxsiyyətlərlə yanaşı 44 günlük Vətən Müharibəsi dönəmində Şuşa şəhərini işğaldan azad edərkən şəhid olan Vətən Müharibəsi Qəhrəmanları – Ramiz Cəfərov, İntiqam Əsgərli, “Azbaycan bayrağı” ordenli Sahib Şirəliyev, “Rəşadət” ordenli Rəfail Hüseynovun obrazları canlandırılıb.

    Tamaşanın nümayişində rayon rəsmiləri, şəhid ailələri, qazilər, mədəniyyət işçiləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər. 

    Aktyorların təsirli çıxışları tamaşaçıları kövrəltsə də tamaşanın hər bir epizodu alqışlarla qarşılanıb.

    Bu il artıq ikinci dəfə səhnəyə qoyulan tamaşa Masallı Xalq Teatrının Baş rejissoru Cəmaləddin Əliyevin quruluşunda səhnələşdirilib. Tamaşanın səhnə tərtibatçısı Elsevər Əliyev, musiqi tərtibatçısı Ruslan Zahidovdur. 

    Sonda tamaşanın hazırlanmasında göstərdiyi xüsusi fəallığa görə bir qrup şəxs fəxri fərman və təşəkkürnamə ilə təltif edilib.


    Fotolar Elsevər Əliyevə aiddir:
















































    PAYLAŞ:

    Oxşar xəbərlər