Kəlbəcər istiqamətində mövqelərimiz yenidən atəşə tutulub

Kəlbəcər istiqamətində mövqelərimiz yenidən atəşə tutulub
  • Manşet / Hərb

  • Noyabrın 6-sı saat 19:35-dən 21:50-dək fasilələrlə Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca istiqamətindəki mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Mollabayramlı və Bəzirxana yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

    Bu barədə Asiya.az Müdafiə Nazirliyindən bildirilib.

    Qeyd olunub ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
    PAYLAŞ:

    Oxşar xəbərlər