"Qarabağ"ın Belçika klubu ilə oyunlarının başlama saatı bəlli oldu

"Qarabağ"ın Belçika klubu ilə oyunlarının başlama saatı bəlli oldu
  • İdman

  • "Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsində Belçika "Gent"inə qarşı keçirəcəyi oyunların başlama saatı açıqlanıb.

    Asiya.az
    -ın UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, 2023-cü il fevralın 16-da Bakıda gerçəkləşəcək ilk qarşılaşma saat 21:45-də start götürəcək. Görüş Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq.

    Fevralın 23-də Gent şəhərində keçiriləcək cavab matçı isə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

    Qeyd edək ki, "Qarabağ" Avropa Liqasında yer aldığı G qrupunu 3-cü pillədə başa vurduğu üçün Konfrans Liqasının pley-off mərhələsində iştirak hüququ qazanıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər