Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərli anıldı - FOTOLAR

Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərli anıldı - FOTOLAR
  • Sosial / Manşet

  • Masallı rayonunun Viləş kəndində Vətən Müharibəsi Qəhrəmanı, şəhid gizir İntiqam Əsgərlinin anım mərasimi keçirilib.

    Asiya.az
    xəbər verir ki, mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və aparatı, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər, kənd sakinləri və jurnalistlər iştirak ediblər.

    Anım məclisində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Masallı RİH başçısı Araz Əhmədov nitqində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbədən, ordu-xalq birliyindən danışaraq qeyd etmişdir ki, İntiqamın anım gününü iki bayramın qouşağında keçiririk. Dünən Zəfər günü, bu gün isə Bayraq günüdür. Bu bayramları bizə Vətən şəhidləri bəxş etmişlər. Bu həyətə hər gələndə dözümlü Ana qarşısında baş əyirik.

    İki şəhid anası Ziba Əsgərova çıxışında icra başçısını və tədbir iştirakçılarını salamlayaraq qeyd etmişdir ki, çoğ sağ olun ki, bizi tək qoymursunuz. İntiqamım və Nurlanım Prezidentimizin diqqəti və qayğısına güvənirdi. Onlar çox vətənpərvər ruhda böyümüşdülər, Vətən yolunda da həlak oldular. Mən də ölkə başçımız İlham Əliyevlə güvən duyuram. Ordumuzun gücünə, Qələbəsinə inanırdım. Dəyər verən insanlara, hamınıza təşəkkür edirəm.
     
    Viləş kənd tam orta məktəbinin şagirdləri ədəbi-bədii kompozisiya nümayiş etdirmişlər.





    PAYLAŞ:

    Oxşar xəbərlər