İlham Əliyevin Tiranada rəsmi qarşılanma mərasimi olub - FOTO

İlham Əliyevin Tiranada rəsmi qarşılanma mərasimi olub - FOTO
  • Siyasət / Araşdırma

  • Noyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Albaniyanın paytaxtı Tiranadakı "Brigades” Sarayında rəsmi qarşılanma mərasimi olub.

    Asiya.az
    xəbər verir ki, Azərbaycanın və Albaniyanın Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    Albaniya Respublikasının Prezidenti Bayram Beqay Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.

    Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.

    Azərbaycanın və Albaniyanın Dövlət himnləri səslənib. Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

    Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Bayram Beqaya, Albaniyanın dövlət və hökumət nümayəndələri isə Prezident İlham Əliyevə təqdim edilib.

    Dövlət başçıları birgə foto çəkdiriblər.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.

     

     

     

     

     

     

     

     
    PAYLAŞ:

    Oxşar xəbərlər