Adnan Oktara 8658 il həbs cəzası verildi

Adnan Oktara 8658 il həbs cəzası verildi
  • Hadisə

  • Türkiyədə təriqət lideri Adnan Oktara (təxəllüsü Harun Yəhya) 8 658 il həbs cəzası verilib.

    Onun barəsində "təşkilata rəhbərlik”, "FETÖ silahlı terror təşkilatına yardım”, "siyasi və ya hərbi casusluğa cəhd”, "işgəncə”, "azadlıqdan məhrumetmə”, "birdən çox şəxslə yetkinlik yaşına çatmayana qarşı bir neçə dəfə cinsi əlaqədə olma”, "seksual zorakılığa məruz qoyma” və sairə maddələrlə 232 il 9 aydan 1198 ilə qədər azadlıqdan məhrumetmə cəzası istənilib.

    Məhkəmə Adnan Oktarı "terror təşkilatına rəhbərlik etmək”, "seksual zorakılıq”, "təhsil hüququna mane olmaq”, "işgəncə vermək”, "şəxsi azadlıqdan məhrumetmə” və "şəxsi məlumatların qeydə alınması” ittihamları ilə 891 il həbs cəzasına məhkum edib. Bundan əlavə, Oktar təşkilatın lideri olduğu üçün digər müttəhimlərin törətdikləri cinayətlərə görə də məsuliyyət daşıdığından onun cəzası artırılıb və ümumilikdə 8 658 il azadlıqdan məhrum edilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər