“Fransa bu gün işğalçı dövlətdir” – Qənirə Paşayeva (VİDEO)

“Fransa bu gün işğalçı dövlətdir” – Qənirə Paşayeva (VİDEO)
  • Siyasət

  • Parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bu gün Milli Məclisin iclasında çıxış edərək Fransa Senatının Azərbaycanla bağlı qəbul etdiyi ədalətsiz, böhtan və yalanlarla dolu qətnaməsinə sərt etiraz edib. 

     

    Millət vəkili qeyd edib ki, Fransa bu gün işğalçı dövlətdir: “Bu barədə BMT Baş Assambleyasının qəbul etdiyi sənəd də var. Fransa Qəmər Adaları İttifaqının ərazisi olan Mayoyu işğalda saxlamaqda davam edir. BMT Baş Assambleyası 1994-cü ildə Qəmər Federativ İslam Respublikasının Mayot adası üzrə suverenliyini bir daha təsdiq etsə də Fransa qətnaməni icra etməkdən boyun qaçırır. Biz bu məsələni BMT Baş Assambleyasında davamlı qaldırmalıyıq. Fransa Ruandada, Əlcəzairdə soyqırımlar törədib. Biz də Fransanın müsəlmanlara qarşı törətdiyi soyqırımlarla bağlı qətnamə qəbul edək. Burada Türk dövlətlərinə müraciət etməliyik. Çünki qətnamədə türklər hədəf alınıb. Türk dövlətləri, islam dünyası buna öz etirazını bildirməlidir. Ən sonda biz Fransada yaşayan bütün türk kökənli yarım milyona yaxın insanlara, Fransada seçici olan insanlara çağırış edirik ki, seçici olaraq buna etirazınızı bildirin”. 
     
    PAYLAŞ:

    Oxşar xəbərlər