Prezidentin yeni köməkçisi kimdir? - DOSYE

Prezidentin yeni köməkçisi kimdir? - DOSYE
  • Siyasət / Araşdırma

  • Xalid Əhədov Prezidentin sosial‑iqtisadi məsələlər üzrə köməkçisi təyin edilib. Prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb.
     
    Asiya.az bu təyinatadək Birinci vitse-prezidentin köməkçisi vəzifəsində çalışan Xalid Əhədovun dosyesini təqdim edir:

    Xalid Nurəddin oğlu Əhədov 4 fevral 1980-ci ildə anadan olub. Ziyalı ailəsində doğulan X.Əhədovun anası müəllim, atası həkimdir. Yeri gəlmişkən, Xalid Əhədovun atası Nurəddin Əhədov həm də keçmiş millət vəkili, "istiqlalçı deputat"dır.

    Xaliq Əhədov 1996-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində «Maliyyə və kredit» ixtisası üzrə bakalavr dərəcəsi, 2000-2002-ci illərdə isə həmin ixtisas üzrə magistr dərəcəsi alıb. 2010-2012-ci illərdə Avropanın, həmçinin dünyanın ən güclü universitetlərindən biri olan Instituto de Empresa (IE) biznes məktəbinə qəbul olunub və Barselonada MBA təhsili alıb.
     
    O, tələbəlik illərindən bank sektorunda işləməyə başlayıb. Daha sonralar professional fəaliyyətə keçən X.Əhədov 1999-cu ilin martında «Bank of Baku»da pərakəndə biznes bölməsinin meneceri, müştəri məmnuniyyəti departamentinin rəhbəri vəzifələrində çalışıb. Ardınca - 2005-ci ildə “Bank of Baku”nun idarə heyəti sədrinin müavini işləyib.
     
    2012-ci ildə “Unibank”da icraedici komitənin üzvü, 2015-ci ildə “Unibank”ın  icraçı direktoru vəzifəsini tutub. 2016-da “Bank Standard”ın baş direktoru, daha sonra (yenə 2016) "Azər Türk Bank"da İdarə Heyətinin sədri vəzifəsinin müvəqqəti icraedicisi vəzifəsində çalışıb.
     
    Xaliq Əhədov 10.01.2017-ci il tarixində "Beynəlxalq Bank"ın İdarə Heyətinə sədr gətirilib. 14.03.2018-ci il tarixində "Beynəlxalq Bankı"n səhmdarlarının ümumi yığıncağında bu postdan ayrılaraq, bankın Müşahidə Şurasının üzvü təyin edilib.

    Qeyd olunan vəzifələrlə yanaşı, o, əvvəllər “Atəşgah sığorta”nın Müşahidə Şurasının üzvü, “Millikart prosesinq mərkəzi”nin direktorlar şurasının sədri vəzifələrini də icra edib.
     
    2018-ci ilin avqustunda Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi təyin edilmişdi.
    PAYLAŞ:

    Oxşar xəbərlər