NİZAMİ RAYONUNUN SABİQ İCRA BAŞÇISNDAN UNİKAL DƏLƏDUZLUQ… – SƏLƏFİ ONU QORUYUR

NİZAMİ RAYONUNUN SABİQ İCRA BAŞÇISNDAN UNİKAL DƏLƏDUZLUQ… – SƏLƏFİ ONU QORUYUR
  • Araşdırma / İqtisadiyyat

  • Nizami Rayon İcra Hakimiyyəti dünyasını dəyişmiş kimsəsizlərə aid mənzilləri mənimsəyib. Coşqun Cəbrayılov da keçmiş başçının yol verdiyi qanun pozuntularını ört-basdır etməklə məşğuldur.

    Bu barədə Tribuna.Az-a göndərilən şikayət məktubunda qeyd edilib. Bildirlib ki, rayonun keçmiş başçısı Arif Qasımov Mənzil İstismar Sahələri (JEK) rəhbərlərinin vasitəsilə Nizami rayonunda rus milliyətinə mənsub bir neçə ahıl və kimsəsiz vətəndaşın evini də mənimsəyib:
    “Arif Qasımovun icra başçısı olduğu illərdə sahib olduğu ticarət obyektləri, restoranlar və tikinti şirkətlərinə təzyiq yolu ilə əldə etdiyi çoxsaylı mənzillər var. O, həmçinin yeni çoxmərtəbəli binaların tikintisinə icazə verilməsi müqabilində külli miqdarda rüşvət alsa da, bu günə qədər vəd etdiyi müvafiq sənədləri şirkətlərə təqdim etməyib və bu da iş adamları ilə sabiq başçı arasında ciddi mübahisələrə səbəb olub.
    A.Qasımovun köhnə tarixlərə aid saxta sənədlər hazırlatdırıb. Bu əməlləri Şəhərsalma və Arxitektura Komitəsinin səlahiyyətlərinə aid müvafiq sənədləşmə tələblərindən yayınmaq məqsədilə törədib”.

    Şikayətçi əlavə edib ki, şəhid ailəsinin evini almaq istəyən icra başçısı “yox” cavabı aldıqdan sonra, evi yandırtdırıb:
    “Sabiq icra başçısı bir neçə il əvvəl özünə ofis tikdirmək məqsədilə şəhid ailəsinə məxsus evə və bu evə aid torpaq sahəsinə göz qoymuşdu. Şəhid ailəsi Qasımovun təklifləri ilə razılaşmadı və sonradan qeyri-müəyyən səbəblərdən həmin evdə yanğın baş verdi. Elə bu yanğın da şəhid ailəsinin evdən və torpaqdan məhrum edilməsinə səbəb oldu. Sonradan qeyd olunan ərazidə ə Arif Qasımov özünə çoxmərtəbəli ofisi tikdirdi. Hazırda öz binesini həmin binaddan idarə edir”.

    Məktubda qeyd edilib ki, A.Qasımov icra başçısı olduğu dövrdə ələ keçirmiş olduğu mənzilləri sonradan qohumlarının adına rəsmiləşdirərək satıb:
    “Bu işlərdə ona Nizami rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi vəzifəsində çalışmış Ramsin Abdullayev fəal iştirak edib. Kimsəsiz və ahıl vətəndaşlar əvvəlcədən nəzarətə götürülüb və onlar dünyasını dəyişəndən sonra mənzilləri ələ keçirilib. Belə dələduzluq hallarına həm 84 saylı, həm də 57 saylı MİS-lərin ərazisində yol verilib

    Nizami Rayonu İcra Hakimiyyətinin hazırkı başçısı Coşqun Cəbrayılovun da bütün bunlardan məlumatı var. Ola bilməz ki, ona bu barədə məlumat verilməsin və ya köhnə tarixlərə aid sənədlər, qanunsuz sərəncamlarla qarşılaşmasın.
    .əbrayılov bütün bunlar barədə məlumatlı olmalıdır və aidiyyatı qurumları da saxta sənədlərlə tanış etməlidir. Bir korrupsioner məmuru himayə etmək, dövlət vəsaitlərinin mənimsənilməsi və saxta sənədlər hazırlanması kimi halları ört-basdır eləmək, yeni dövrün perspektivli kadrı kimi Cosqun Cəbrayılovun prinsiplərinə ziddir. Ümid edirik ki, Coşqun Cəbrayılov ictimailəşmiş maxinasiya hallarına biganə qalmayacaq və qeyd olunan ciddi qanun pozulntuları, o cümlədən şahid ailəsinə məxsus evdə baş vermiş yanğından dərhal sonra həmin ərazidə keçmiş icra başçısının özünə bina tikdirməsilə bağlı yazılara dair müvafiq araşdırmaların aparılmasıa maraq göstərəcək”.

    Mənbənin məlumatına görə, hazırda Prezident Adminstrasiyası tərəfindən Nizami Rayon İcra Hakimiyyətində yoxlamalar aparılır.
    Nigar
    PAYLAŞ:

    Oxşar xəbərlər