YENİ İL TURLARI… QİYMƏTLƏR OD TUTUB

YENİ İL TURLARI… QİYMƏTLƏR OD TUTUB
  • Sosial / Araşdırma

  • Yeni il bayramına ay yarım vaxt qalmasına baxmayaraq, artıq bayram turlarına start verilib.

    Tribuna.Az xəbər verir ki, ölkədaxili turların qiyməti bölgəyə əsasən dəyişir.
    31 dekabr, 1-2 yanvar tarixləri üçün nəzərdə tutulmuş İsmayıllı-Qəbələ-Şəki turunun bir nəfər üçün qiyməti 250 manatdan başlayır. Qiymətə gediş-gəliş, “İsmayıllı Resort” oteldə gecələmək, səhər yeməyi daxildir. Bundan başqa, otelin daxili xidmətlərindən də istifadə etmək mümkündür.
    3 günlük Balakən-Zaqatala-Qax-Şəki-Qəbələ turu isə 149 manatdan başlayır. Tur 31 dekabr-2 yanvar tarixlərini əhatə edir. Qiymətə ancaq nəqliyyat, tur rəhbəri, səhər yeməyi, oteldə gecələmə daxildir.
    Yeni iş axşamı oteldə keçiriləcək Qala gecəsində iştirak, şam yeməyi, duz otağında istirahət, sauna,
    oteldə günorta və axşam yeməkləri əlavə ödənişlədir.

    Quba-Qusar-Şahdağ turu isə 189 manatdan başlayır. Tur 31 dekabrdan 2 yanvar tarixinə kimidir. Qiymətə ancaq gediş-gəliş, “Gold Quba Hotel”-də gecələmək, səhər yeməyi, Yeni il axşamı Qala gecəsində iştirak daxildir.
    Nigar
    PAYLAŞ:

    Oxşar xəbərlər