Masallıda iki şəhid ailəsi qohum oldu – FOTOLAR

Masallıda iki şəhid ailəsi qohum oldu – FOTOLAR
  • Manşet / Cəmiyyət

  • Masallı rayonunda Vətən Müharibəsi şəhidi Elmir Akifzadənin bacısı Nigar xanımla Vətən Müharibəsi şəhidi Əlimərdan Quluzadənin qardaşı Həmid bəyin toyu olub.

     

    Asiya.az xəbər verir ki, rayon rəsmilərinin, ziyalıların, şəhid ailələrinin, qazilərin, mədəniyyət işçilərinin və media nümayəndələrinin iştirak etdiyi toy şənliyi “İlqar Palace” şadlıq sarayında baş tutub.

     

    Toy şənliyi rayon mədəniyyət işçilərinin və paytaxtdan təşrif buyuran tanınmış sənətçilərin ifaları ilə keçirilib.

    Toya dəvət edilən qonaqlar yeni ailə quran gənclərə ən xoş arzularını çatdırıblar.

    Öz mühtəşəmliyi ilə uzun müddət yaddaşlarda qalacaq toy şənliyi “Biz  Birlikdə Güclüyük” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilib.

    //Asiya.az












    PAYLAŞ:

    Oxşar xəbərlər