DÇ-2022: Bu gün daha 3 oyun keçiriləcək

DÇ-2022: Bu gün daha 3 oyun keçiriləcək
  • İdman

  • Qətərdə dünən başlayan futbol üzrə dünya çempionatında bu gün 3 oyun keçiriləcək.

    Asiya.az
    bildirir ki, günün ilk oyununda B qrupu çərçivəsində İngiltərə və İran millililəri qarşılaşacaq. Dohadakı "Xəlifə" stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

    A qrupunun ikinci oyununda Niderland millisi Seneqalla qarşılaşacaq. Bu oyun "Al-Tumama" stadionunda baş ruracaq və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Bu qrupun və mundialın ilk görüşündə ev sahibi Qətər Ekvador yığmasına 0:2 hesabı ilə uduzub.

    Günün son oyununda ABŞ Uelslə qarşılaşacaq. "Əhməd ibn Əli" stadionunda keçiriləcək oyun 23:00-da başlayacaq.

    DÇ-2022
    21 noyabr

    A qrupu
    20:00. Seneqal - Niderland

    Baş hakim: Uilton Sampayo (Braziliya)

    "Al-Tumama" stadionu

    Xal durumu: Ekvador - 3 (1 oyuna), Niderland - 0, Seneqal - 0, Qətər - 0 (1 oyuna)
    PAYLAŞ:

    Oxşar xəbərlər