Masallıda bud-çanaq və diz oynağının endoprotez əməliyyatları ÖDƏNİŞSİZ olacaq - VİDEO

Masallıda bud-çanaq və diz oynağının endoprotez əməliyyatları ÖDƏNİŞSİZ olacaq - VİDEO
  • Sosial / Manşet

  • Masallı Bioloji Təbabət klinikasında bud-çanaq və diz oynağının endoprotez əməliyyatlarını İcbari Tibbi Sığorta ilə tam ödənişsiz icra edilir.

    Asiya.az xəbər verir ki, regionda yaşayan, oynaq xəstəliklərindən əziyyət çəkən vətəndaşlar bir sıra hallarda endoprotez əməliyyatının ağır və bahalı olmasına görə bu əməliyyatlara getməkdə çətinlik çəkirdilər. Bu isə gələcəkdə daha ciddi fəsadlara, hətta xəstəni ömürlük şikəst olmağa qədər apara bilirdi.

    Bu əməliyyatlar kifayət qədər bahalıdır və əməliyyatdan sonrakı dövrdə mütəmadi həkim təqibi tələb edir.

    İndi bu problemlərə görə narahat olmağa dəyməz.

    Oynaq xəstəlikdən əziyyət çəkənlər artıq Bakı şəhərinə və xarici ölkələrə getmədən İcbari Tibbi Sığorta ilə Endoprotezləşdirmə əməliyyatı üçün Masallı Bioloji Təbabət klinikasına müraciət edə bilərlər.

    Bu əməliyyatlar Masallı Bioloji Təbabət klinikasında İcbari Tibbi Sığorta ilə tamamilə ödənişsiz qaydada həyata keçirilir.

    Cənub regionunda pasiyentlərin sağlamlığı və yüksək həyat keyfiyyəti naminə atılan bu addım İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Bioloji Təbabət klinikası arasında dövlət-özəl tərəfdaşlığı modelində növbəti uğurlu nümunədir.

     
    PAYLAŞ:

    Oxşar xəbərlər