SƏFƏRƏ HAZIRLAŞAN DOSTLAR “YES TRAVEL AZERBAİJAN”DAN ŞİKAYƏTÇİDİR – FOTO

SƏFƏRƏ HAZIRLAŞAN DOSTLAR “YES TRAVEL AZERBAİJAN”DAN ŞİKAYƏTÇİDİR – FOTO
  • Sosial / Araşdırma

  • Sizə “YesTravelAzerbaijan” adlı tur şirkətinin başımıza gətirdiklərini danışmaq istəyirəm. Yay aylarında İnstaqram səhifələrində “399 Avroya Budapeşt-Vyana-Praqa turu” reklamını görüb mən və 3 dostum bu şirkətə müraciət etmək qərarına gəldik. Reklamdan cəmi bir neçə gün keçməsinə baxmayaraq, şirkət turun həmin qiymətdən daha baha başa gələcəyini bildirdi və biz “yenə də sərfəlidir” deyə düşünüb razılaşdıq. Bununla bağlı ilk məsləhətim budur ki, o şirkətin reklamlarında göstərdiyi qiymətlərə əsla inanmayın.

    Asiya.az Tribunainfo.az-a istinadən xəbər verir ki, tur şirkətinin tələsinə düşən şikayətçi Zaur Məmmədovun sözlərinə görə, şirkətdən biletləri tez almağı məsləhət görüblər:
    “Şirkət bizə dedi ki, əgər turun daha da baha başa gəlməsini istəmiriksə, biletləri indidən almalıyıq. Sonradan öyrəndik ki, adətən, şirkətlər “viza almama ehtimalınız da var, məsləhətdir ki, biletləri hələki almayıb bron edəsiniz” və s. kimi məsləhətlər verir, bu, hətta, səfirliklərin saytında belə qeyd olunur. Bu şirkət isə belə bir ehtimaldan bəhs etməyib israrla bizi bilet almağa inandırdı.

    Daha sonra viza müraciəti mərhələsi başladı. Şirkət bizə nə sənəd dedisə, 
    Sizə “YesTravelAzerbaijan” adlı tur şirkətinin başımıza gətirdiklərini danışmaq istəyirəm. Yay aylarında İnstaqram səhifələrində “399 Avroya Budapeşt-Vyana-Praqa turu” reklamını görüb mən və 3 dostum bu şirkətə müraciət etmək qərarına gəldik. Reklamdan cəmi bir neçə gün keçməsinə baxmayaraq, şirkət turun həmin qiymətdən daha baha başa gələcəyini bildirdi və biz “yenə də sərfəlidir” deyə düşünüb razılaşdıq. Bununla bağlı ilk məsləhətim budur ki, o şirkətin reklamlarında göstərdiyi qiymətlərə əsla inanmayın.
    Tribunainfo.Az xəbər verir ki, tur şirkətinin tələsinə düşən şikayətçi Zaur Məmmədovun sözlərinə görə, şirkətdən biletləri tez almağı məsləhət görüblər:
    “Şirkət bizə dedi ki, əgər turun daha da baha başa gəlməsini istəmiriksə, biletləri indidən almalıyıq. Sonradan öyrəndik ki, adətən, şirkətlər “viza almama ehtimalınız da var, məsləhətdir ki, biletləri hələki almayıb bron edəsiniz” və s. kimi məsləhətlər verir, bu, hətta, səfirliklərin saytında belə qeyd olunur. Bu şirkət isə belə bir ehtimaldan bəhs etməyib israrla bizi bilet almağa inandırdı.
    Daha sonra viza müraciəti mərhələsi başladı. Şirkət bizə nə sənəd dedisə, hamısını yerli-yerində təqdim etdik. Hər birimizin uzun illik iş təcrübəsi var idi. Aramızda iki nəfər əvvəllər Avropaya bir neçə dəfə gedib-gəlmişdi. Yəni göstəricilərimiz viza alınması üçün uyğun idi və sənədləşmə düzgün aparılsa, viza alma ehtimalımız böyük idi.
    Buna baxmayaraq, dördümüzə də imtina gəldi. Maraqlıdır ki, tur şirkəti cavab çıxmasına iki gün qalmış viza dəstəyi üçün ödənişi etməmizi tələb etdi, halbuki bunu əvvəlcədən istəməmişdilər və biz viza aldıqdan sonra verəcəyimizi düşünürdük. Cavabımız çıxanda şirkətin nümayəndəsi bizə “ürəyimə dammışdı ki, sizə imtina gələcək” dedi. Çox güman ki, məhz elə bu “ürək damması”na görə tələm-tələsik o ödənişi etdirmişdilər.
    Lakin qəribədir ki, əgər ürəklərinə dammışdısa, nəyə görə, cavabımızın çıxmasına bir neçə gün qalmış bizi inandırmağa çalışırdılar ki, rezervasiya etdiyimiz otellərin də pulunu tam verək? Elə təkcə bu hərəkətin özü onların təcrübəsizliyinin və işinin keyfiyyətsizliyinin göstəricisidir”.
    Şikayətçi bildirib ki, səfərə hazırlaşan dostların bilet pulları, viza üçün çəkdikləri xərc hamısı batıb:
    “Əlbəttə, biz başa düşürük, viza məsələsi elə məsələdir ki, imtina almaq şansı hər zaman var. Amma viza dəstəyi almaq nə üçündür? Viza almaq şansını artırmaq üçündür bu. Tur şirkətinin işi bizim üçün çətin olan prosesi asanlaşdırmaqdır. Yəni o bizə yol göstərməlidir ki, biz hansı səfirliyə müraciət etsək, hansı şəhərdə nə qədər qalsaq, hansı sənədləri əlavə etsək, əlavə olaraq nələri qeyd etsək, səyahəti hansı ardıcıllıqla göstərsək şansımız daha çox olar. Bu kimi məsələlərdə kömək etmək viza dəstəyi göstərən şirkətin öhdəliyi olduğu halda, biz bu istiqamətdə heç bir kömək görmədik. Hətta sonradan biz səfirliklə danışanda bizə “sənədlərin arasında hesabdan çıxarış yox idi” deyildi. Halbuki, şirkətin işçisi bizə demişdi ki, bu sənədə ehtiyac yoxdur. Hələ kim bilir, sənədlərimizdə bilmədiyimiz başqa hansı problemlər, boşluqlar var idi.

    Yəni bir var, bəxtin gətirməsin və imtina alasan, bir də var, kimsə sənin işini yola verdi, sənə “pul qoparma mənbəyi” kimi baxdı deyə imtina alasan. Əgər birimiz ya da ikimiz imtina alsaq, deyərdik ki, yəqin problem bizimlə bağlıdır. Lakin dördümüzə də imtina gəldisə, aydın məsələdir ki, burada işimizi aparan şirkəti peşəkar deyil. Beləliklə, bu fırıldaqçı şirkətə görə həm biletlərimizin pulu batdı, həm viza hazırlıqları üçün çəkdiyimiz xərclər, həm də viza dəstəyi ödənişi. Bunu paylaşmaqda əsas məqsədim odur ki, bizim düşdüyümüz tələyə bir də heç kim düşməsin”.
    Nigar
    PAYLAŞ:

    Oxşar xəbərlər