VÜSAL KƏRİMLİ DAYANACAĞA 2, 3 MİLYON XƏRCLƏYİR

VÜSAL KƏRİMLİ DAYANACAĞA 2, 3 MİLYON XƏRCLƏYİR
  • Araşdırma / İqtisadiyyat

  • Paytaxtda növbəti dəfə dayanacaq pavilyonlarındakı çatışmazlıqların aradan qaldırılacağı, bəzi dayanacaqların sökülməsi və yenilərinin alınıb quraşdırılması planlaşdırılır.

    Asiya.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyi balansında olan dayanacaq pavilyonlarında mövcud olan çatışmazlıqların aradan qaldırılması məqsədilə lazım olan mal, iş və xidmətlərin satın alınması, mövcud bəzi dayanacaqların sökülməsi və quraşdırılması işlərinin satın alınması, habelə, yeni dayanacaq pavilyonlarının satın alınması və quraşdırılması ilə bağlı keçirdiyi tenderi yekunlaşdırıb.
    Tenderin qalibi “SM Construction Supplies” MMC olub. Bakı Nəqliyyat Agentliyi qalib şirkət ilə məbləği 2 milyon 340 min 394 manat olan müqavilə imzalayıb.
    2018-ci ildə dövlət qeydiyyatına alınmış və 88,5 min manat nizamnamə kapitalı olan “SM Construction Supplies” MMC-nin qanuni təmsilçisi Ehtiram Heydərlidir.
    Tribunainfo.Az
    PAYLAŞ:

    Oxşar xəbərlər