“Baker Tilly İnternational” beynəlxalq konsaltinq şəbəkəsi 148 ölkənin 740 ofisində 37 min əməkdaşın çalışdığı 126 üzv şirkəti özündə birləşdirən, ümumi gəliri 4 milyard dollar təşkil edən, gəlirlərinə görə və dünyada peşəkar xidmətləri ilə seçilən 9-cu qabaqcıl audit və konsaltinq şirkətləri şəbəkəsidir. 2007-ci ilin aprel ayından etibarən “Baker Tilly” şirkəti bu şəbəkənin müstəqil üzvü olaraq yeni üzvü olan şirkət 100-dən artıq əməkdaşın dəstəyi ilə gəlirlərinə və müqavilə sayına görə Azərbaycanda 5 qabaqcıl audit və biznes məsləhət xidməti şirkətləri siyahısında yer alıb.
Xatırladaq ki, Azərbaycan Qiymətləndirmə Cəmiyyəti (AQC) 1999-cu ildə təsis olunub və ölkəmizin ilk kollektiv ictimai birliklərindən biridir. Bu ilin mayında keçirilən konfransdan sonra isə cəmiyyət öz fəaliyyətini genişləndirib. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının yeni qanunu ilə bağlı müzakirələrdə fəal iştirak edən AQC rəhbərliyi bu məqsədlə müxtəlif dövlətlə qurumlarında, son olaraq isə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri ilə görüşlər keçirib. Eyni zamanda beynəlxalq qiymətləndirmə standartlarının tətbiqi və milli qiymətləndirmə standartının yaradılması ilə bağlı təşəbbüs və təkliflə çıxış edib. Beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıqlar qurmağa müvəffəq olan cəmiyyət sədrinin Türkiyə üzrə xüsusi təmsilçisi təyin edilib.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri “Vecon” şirkətlər qrupunun təsisçisi və tanınmış iqtisadçı ekspert Vüqar Orucdur.