MƏŞHUR MƏMMƏDOV: “ERMƏNİLƏR YA ÖHDƏLİKLƏRİ İCRA EDƏCƏK, YA DA “DƏMİR YUMRUQ” GÖRƏCƏK”

MƏŞHUR MƏMMƏDOV: “ERMƏNİLƏR YA ÖHDƏLİKLƏRİ İCRA EDƏCƏK, YA DA “DƏMİR YUMRUQ” GÖRƏCƏK”
  • Siyasət

  • “Ermənistan Silahlı Qüvvələrinin sərhəddə, terrorçu tör-töküntülərin isə Qarabağda az qala hər gün mövqelərimizi atəşə tutması düşmənin başının “Dəmir yumruq” üçün darıxmasının əlamətləridir.
    Deyəsən, növbəti “İtiqovan” və “Qisas” əməliyyatlarının keçirilməsini arzulayırlar. Şübhəsiz ki, düşmənin yenidən silahlanmağa başlaması, Fransa, İran, Hindistan və ayrı-ayrı dairələrdən dəstək qazanması onlarda revanşizmə ümid yaradıb.
    Lakin Azərbaycan Ordusunun “Komandos” briqadaları, peşəkar xüsusi təyinatlılarımız, eləcə də “Bayraktar” və “Harop”lar təxribatçı qüvvələrə lazımı dərsi verməyə hər an hazırdır. Ona görə də son vaxtlar erməni təxribatlarının artması bizi ağır cəza tədbirləri görməyə vadar edir”.

    Bu fikirləri Tribunainfo.az-a millət vəkili Məşhur Məmmədov erməni təxribatlarına necə cavab verməli olduğumuz haqda sualı cavablandırarkən qeyd edib. Deputat hesab edir ki, antiterror əməliyyatları Azərbaycanın əlində hər zaman olan imkandır və bu hüququ özümüzdə saxlayırıq:
    “Çox təəssüflər olsun ki, Paşinyanın danışıqlar prosesini pozan mövqeyi, Brüssel masasının dağılması, ABŞ, Fransa və Rusiyanın yenə sülh müqaviləsi ilə bağlı cığallığı regionda gərginliyə gətirib çıxarıb. Ona görə tez-tez atəşkəsi pozurlar və ümid edirlər ki, bununla Zəngəzur dəhlizinin açılmasına mane olacaqlar, Ordumuzun olduğu hakim yüksəkliklərdən geri çəkilməsi mümkünləşəcək. Ancaq ermənilər anlamalıdırlar ki, ya götürülən öhdəlikləri icra edəcəklər, ya da “Dəmir yumruq” yeyəcəklər”.
    PAYLAŞ:

    Oxşar xəbərlər