Millətlər Liqasında "dördlər finalı"nın keçiriləcəyi ölkə açıqlandı

Millətlər Liqasında "dördlər finalı"nın keçiriləcəyi ölkə açıqlandı
  • İdman

  • UEFA Millətlər Liqasında "dördlər finalı"nın keçiriləcəyi ölkə bəlli olub.

    Asiya.az
    Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, yarışa Niderland ev sahibliyi edəcək.

    Turnirin yarımfinal oyunları 2023-cü il 14-15 iyunda, final və üçüncü yer uğrunda matç iyunun 18-də gerçəkləşəcək.

    Püşkatma mərasimi yanvarda baş tutacaq. "Dördlər finalı"nda A Liqasında qrup qalibləri - Niderland, Xorvatiya, İtaliya və İspaniya yığmaları mübarizə aparacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər