Fransanın Azərbaycana qarşı növbəti ədalətsiz mövqeyi

Fransanın Azərbaycana qarşı növbəti ədalətsiz mövqeyi
  • Siyasət / Araşdırma

  • Noyabrın 15-də Fransa Senatının qəbul etdiyi qətnamədən biraz sonra noyabrın 30-da Milli Assambleya Azərbaycanla bağlı qətnamə qəbul etdi. Əslində Fransa dövlətinin və Fransa Parlamentinin Azərbaycana münasibəti bəllidir. Bəlli münasibət nədən ibarətdir? Doğrudur Fransa burjua inqilabından sonra dünyanın bütün xalqları ümidini Fransa burjua İnqilabına bağlamış və Fransa Burjua İnqilabı haqqında hər kəs danışırdı. Hamıya belə gəlirdi ki, dünya xalqlarına azadlığı, bərabərliyi, demokratiyanı Fransa burjua inqilabı verəcək. Bununla bağlı da çoxlu rəvayətlər, arzu və istəklər, meydana gəldi. Amma biz bir xalq olaraq Fransanın Azərbaycan xalqına türk müsəlmanlarına münasibətlərinə şahidi nə vaxt olduq? 1914-1918-ci illər 1-ci dünya müharibəsi başa çatdı və 1-ci dünya müharibəsinin nəticələri ilə bağlı Paris Sülh Konfransı çağrıldı. Təbii ki, 1918-ci ilin mayında öz müstəqilliyini elan edən Azərbaycan da bütün çətinliklərə baxmayaraq Paris Sülh Konfransında iştirak etdi və hansı mənzərənin şahidi oldu? Fransızlar ermanilər üçün belə bir şərait yaratmışdılar. Ermənilər Paris Sülh Komfransında iki nümayəndə ilə təmsil olunurdu. Bir nümayəndə Cənubi Qafqazdan – Ararat Respublikasından, digər nümayəndə isə Fransada yaşayan ermənilər tərəfindən təşkil olunmuşdu. Paris Sülh Konfransının tarixində və ümumiyyətlə hərb tarixində, sülh müqaviləsi tarixində belə hadisə baş vermir. Bir halda ki, Cənubi Qafqazın müstəqil dövlət kimi Ararat Respublikası bu konfransda iştirak edirdisə,  o zaman sual olunurdu, oradakı ermənilərin bu konfransda iştirakı hansı hüquqi normalara əsaslanırdı? Heç bir hüquqi normaya, amma söhbət nədən gedirdi? Fransa dövləti erməniləri hər tərəfli müdafiə edirdi, həm də Paris Sülh Komfransından tələb edirdi ki, erməni tərəfi də qalib tərəf kimi qəbul olunsun və ermənilərə dəyən ziyan da kompensasiya şəklində ödənilsin. Güya on minlərlə, yüz minlərlə erməni 1-ci dünya müharibəsində həlak olub. Bizə qarşı münasibət necə idi? Nə üçün biz 1918-ci ilin yanvarında Paris Sülh Konfransı başlanan dövrdə iştirak edə bilmədik? Fransada yaşayan ermənilər Fransa dövlətinə təsir göstərərək ümumiyyətlə Azərbaycan Xalq Cümhuriyyəti Hökumətini Paris Sülh Konfransına buraxmaq istəmirdilər və nümayəndə heyyətinin 1918-ci ilin dekabrıda İstanbulda başlanan mübarizəsi nəhayət 1918-ci ilin mayında Azərbaycan nümayəndə heyəti Paris Sülh Konfransında iştirak etdi, ancaq nümayəndə heyəti yarımçıq idi. Azərbaycan Paris Sülh Konfransına gələnə kimi ermənilərin Azərbaycanla bağlı apardıqları təbliğat o qədər dəhşətli idi ki, bu xalq sivil bir xalq kimi yox, dəhşətli, qəddar, amansız və dünya mədəniyyətinə heç nə verə bilməyən köçəri bir xalq kimi təqdim olunmuşdu. Təbii ki, bu işdə fransızların “müstəsna” xidməti var idi. Paris Sülh Konfransına gələn nümayəndə heyəti də bu qısa müddət ərzində nəyi dünya dövlətlərinə bildirmək istəyirdi? Azərbaycan dünyanın ən qədim xalqlarından biridir. Tarix boyu imperiyası olub. Ancaq imperiya yaradan bu xalq heç vaxt dünyanın başqa xalqlarına yuxarıdan aşağı baxmamış, qəddarlıqdan uzaq bir xalq, böyük mədəniyyət və tarix sahibidir. Bunun nəticəsidir ki, ilk əvvəl ABŞ-ın prezidenti Vudro Vilson Əlimərdan bəy Topçubaşov başda olmaqla Azərbaycan nümayəndə heyyətini qəbul etdi. Onun nümayəndə heyətimizə son tövsiyyəsi bundan ibarət oldu ki, Azərbaycan Avropanın nüfuzlu dövlətlərindən birinin himayəsini qəbul etsin və bu şəkildə öz sonrakı fəaliyyətini davam etdirsin. Lakin Azərbaycan nümayəndə heyəti axıra qədər mübarizəsini apardı və nəhayət 1920-ci ilin yanvarın 11-də Paris Sülh Konfransının Ali Şurası Azərbaycanı defakto tanıdı. Onu da qeyd edək ki, Fransa nümayəndə heyyəti və nümayəndə heyətinə təsir göstərən ermənilər nə qədər təzyiq göstərsələr də onların cəhdi uğursuz alındı. Azərbaycan Xalq Cümhuriyyəti defakto tanındı, Ermənistan dövləti isə tanınmadı. Hətta Fransa dövlətinin digər dövlətlərə təsir etməsinə baxmayaraq bu alınmadı. Əslində biz Fransanın Azərbaycana, müstəqil dövlətə qarşı münasibətinin şahidi orada olduq. Bu bir tarix idi. Amma 70 illik Sovet dönəminin tarixi bunu unutdurdu. 1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən və ATƏT-in Minsk qrupu yaradılandan sonra təbii ki, Qarabağla bağla bağlı Fransanın bizə olan münasibətinin əyani şahidi olmuşuq. Yəni ki, Fransa nəyin bahasına olursa olsun çalışıb ki, Dağlıq Qarabağın Azərbaycandan ayrılıb Ermənistana verilməsinin müəllifləri bunlar olsun. Bu nəzəri ideyanı praktik olaraq həyata keçirənlərin başında Fransa dursun. 1992-ci ildən sonra Fransanın Azərbaycanla bağlı elə bir uğurlu siyasəti olmayıb ki, haqqı ədaləti müdafiə etsin. 30 il ərzində Azərbaycan torpaqları işğal olanda Fransa bir dəfə Ermənistana münasibətdə Ermənistanı işğalçı, Azərbaycanı isə işğala məruz qalan dövlət adlandırmayıb. Əksinə Fransa nəyin bahsına olursa olsun beynəlxalq nüfuzlu təşkilatlarda Azərbaycanı səbr etməyə, “müharibədir, erməni tərəf qalib gəlib, gələcəkdə xalqlar qoy bir-birinə münasibətdə səmimi olub, barışsın”-deyib. Fransanın tövsiyyəsi bu idi. 

    Amma 44 günlük müharibədən sonra isə  zəhərli, qəzəbli ilan kimi Azərbaycanın bu haqq işini nəinki müdafiə etdi, Azərbaycana bütün müstəvidə, bütün istiqamətlərdə Azərbaycana qarşı hücuma keçdi. Azərbaycanın haqqını, işğaldan azad olan torpaqların Azərbaycan tərəfindən geri alınmasını qəbul etmək istəmirdi. Azərbaycanda işğala məruz qalan, yerlə yeksan edilən torpaqları, binaları, məktəbləri, məscidləri, tarixi abidələri görə bilmədi. Onların vicdanı susdu ki, özlərinə sual versin, erməni bu torpaqları nə üçün viranə etdi? Nə üçün məhv etdi? Ona görə də BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri olmasına baxmayaraq biz heç bir zaman Fransadan haqqı müdafiə edən sifət, cəsarət görmədik. Ancaq bu günkü jurnalistlərin təbilincə desək iki bacı bir-birini müdafiə etmək üçün hər şeyindən keçir. Hər şeyindən keçir ki, təki Azərbaycanın tarixi torpaqlarında “Arsax” deyilən bir respublika yaransın və bu respublikanı da Fransa himayə etsin. Həm Milli Assamblya, həm də senatın qətnaməsində Qarabağdakı ermənilərə hər cür yardım göstəriləməsi, Azərbaycanın son uğurlarına kölgə salmaq üçün Embarqo qoyulması təlif olunur.. 

     

    Azərbaycan 30 il bundan öncəki Azərbaycan deyil ki, Fransa özünü zorla ATƏT-in Minsk qrupuna saldı. Bu gün güclü bir Azərbaycan, Azərbaycanın daxili və xarici siyasətini uğurla həyata keçirən dövlət başçısı var. Bu mənada da Fransanın Milli Assambleyası, Fransa senatı hansı qərarı qəbul edirsə etsin onun Azərbaycana bir dəxli yoxdur. Dünyada görür ki, Fransa həqiqətən ədalətsiz bir mövqe sərgiləyir. Hətta BMT-nin ən mötəbər təşkilarlarından olan YUNESKO-ya Fransadan sədr seçilməklə siz görürsünüz ki, 30 il ərzində Azərbaycanın mədəni və dini abidələrini məhv edən Ermənistana bir söz deyilmir, amma 44 günlük müharibədən sonra Azərbaycan erməni abidələrini məhv edir və güya bunu etmək olmaz. Bu da böhtandır, bu da yalandır. Bu da əslində YUNESKO-nun mötəbərliyinə şübhəni artırır. Ona görə də Azərbaycanın Birinci Vitse-Prezidenti hörmətli Mehriban xanım Əliyeva da bu təşkilatdın uzaqlaşdı ki, bu təşkilat haqq və ədaləti, mədəniyyəti, tarixi, incəsənəti, ədəbiyyatı yox siyasəti təbliğ edir. Siyasət də ədalətsiz siyasət idi.

    Anar İsgəndərov,

    Millət vəkili, professor.    

    PAYLAŞ:

    Oxşar xəbərlər