Rayon rəhbəri Masallıda idmançıları qəbul etdi - FOTOLAR

Rayon rəhbəri Masallıda idmançıları qəbul etdi - FOTOLAR
  • Manşet / İdman

  • [hide][/hide]Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov beynəlxalq yarışlarda qələbə qazanan idmançılar Elgiz Məmmədov və Nərmin Abdinovanı qəbul edib.

    Asiya.az
    xəbul zamanı Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov idmançılar haqqında məlumat verərək bildirmişdir ki, 2022-ci ilin oktyabr ayında Bolqarıstanın Plovdiv şəhərində keçirilən veteranlar arasında yunan-Roma güləşi üzrə dünya çempionatında Azərbaycanı təmsil edən 35 yaşlı pəhləvanımız Elgiz Məmmədov 88 kiloqram çəki dərəcəsində dünya çempionatının gümüş medalçısı olub. Noyabr ayında isə Rusiya Federasiyasının Çelyabinsk şəhərində veteran güləşçilər arasında keçirilən yunan-Roma güləşi üzrə Rusiya çempionatının qızıl medalına Nərmin Abdinova isə Naxçıvan şəhərində keçirilən 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasının qızıl medalına sahiblənib.

    Rayon rəhbəri idmançıları qazandıqları qələbələr münasibəti ilə təbrik edərək Elgizin, Nərminin timsalında son zamanlar Masallı idmançılarının qazandığı uğurların, qələbələrin qürurverici olduğunu vurğulayıb.

    İdmançılarla səmimi söhbət edən icra başçısı onların təəssüratlarını dinləyib, çempionlara bundan sonra da yeni zirvələr fəth etməyi, Dövlət Himnimizin sədaları altında üçrəngli bayrağımızı uca zirvələrdə dalğalandırmalarını arzulayıb.
    Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov və idmançılar onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevə, eləcə də rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
    Görüşün sonunda xatirə şəkilləri çəkdirilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər