NAXÇIVANDAKI 3 GÖMRÜK MƏNTƏQƏSİNDƏ YIĞILAN MİLYONLAR

NAXÇIVANDAKI 3 GÖMRÜK MƏNTƏQƏSİNDƏ YIĞILAN MİLYONLAR
  • Araşdırma / İqtisadiyyat

  • Naxçıvandan olan bir tanış deyir ki, Türkiyədən 5 litrini 33 manata aldığımız, amma hətta şəxsi istehlak üçün gömrükdən keçirməyə imkan verilməyən zeytun yağı Muxtar Respublikada 65 manata satılırdı. Son günlər bu yağın quyməti artıq 40 manat ətrafında qərarlaşıb.
    Gömrüyün imtiyaz verdiyi idxalatçılar bax beləcə qaz vurub qazan doldurdu uzun illər.


    Asiya.az zəbər verir ki, bu barədə iqtisadçı Rövşən Ağayev məlumat paylaşıb. O bilirib ki, Naxçıvanı İran və Türkiyə ilə birləşdirən 3 gömrük məntəqəsindən hər gün qeyri-rəsmi yığılan haqların həcmi bir neçə milyona çatıb və bu proses 30 ilə yaxındır davam edir.

    “Bu yaxınlarda şagird sayı və kommunal xidmətlərin abonentlərinin sayına əsasən müqayisəli bir araşdırma aparmışdım, Naxçıvanın kağız üzərində olan 450 min nəfər əhalisinin heç olmazsa 150-200 min nəfəri MR-dan baş götürüb qaçıb – məhz belə dözülməz şərtlər altında yaşamamaq üçün.
    Amma məsələ bir şəxsdə və ya onun ətrafındakı 3-5 nəfərlə bağlı deyil.
    Korrupsiyanın işləmə mexanzimini nəhəng bir magistral su kanalından suyun daha kiçik kanallarla paylanması ilə müqayisə edin. Əgər magistral kanal betondan deyilsə, özülü torpaqdırsa, su bütün kanal boyu sıza-sıza itkiyə gedəcək. Onun ayrı-ayrı kanallarla əlaqəsi təmin edilmirsə, kim hardan istəyir bu magistral kanala müdaxilə edib özünə su apara bilirsə, üstəlik bu kiçik paylaşdırıcı kanlların özülü də topraqdırsa, suyun israfçılığını və itkilərini təsəvvür etməyə çalışın.
    İndi bu nümunədən çıxış etsək, dövlət maliyyəsinin formalaşdığı hissə magistral kanaldır, müxtəlif qurumların ordan aldığı pay isə kiçik kanallar vasitəsilə bölüşdürülən məbləğdir. Bu magistral kanal və paylayıcı kanalların hər tərəfi deşik-deşikdirsə, günah bu kanalı təmir etməyən, beton kanallarla, nəzarətedici və tənzimləyici şlyüzlərlə təmin etməyə məsul qurum və şəxslərdədir.
    Sadəcə özünü balina sayan, amma reallıqda kiçik kilkə olanlar unutmasın ki, lazım olanda tor atıb, ya da elektrik cərəyanı verib onları elə həmin dəlmə-deşik kanallarda da boğurlar”.
    PAYLAŞ:

    Oxşar xəbərlər