VASİF TALIBOVUN OĞLU STALİNİ QABAQLAYIB: BU MEDALLARI NECƏ ALIB? – SİYAHI

VASİF TALIBOVUN OĞLU STALİNİ QABAQLAYIB: BU MEDALLARI NECƏ ALIB? – SİYAHI
  • Araşdırma / Cəmiyyət

  • Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun oğlu Rza Talıbovun medallarının siyahısı açıqlanıb. 

    Asiya.az-ın xəbərinə görə, Talıbovun oğlu qısa müddətdə döşünə onlarla medal taxıb. Lakin hansı xidmətlərinə görə onun belə təltif olunması suallar doğurur. Çünki onun ölkənin ictimai-siyasi, eləcə də müdafiə və təhlükəsizlik sistemində hər hansı töhfəsi olmayıb. Bununla belə onun medallarını təqdim edirik, özünüz tanış olun:

    19 mart 2018-ci il tarixində Dövlət Sərhəd Xidməti rəisinin 079 nömrəli əmri ilə “Hərbi Əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı;
    12 may 2018-ci il tarixində Müdafiə nazirinin 048-t nömrəli əmri ilə “Hərbi Əməkdaşlıq Sahəsində Xidmətlərə görə” medalı;
    29 iyun 2018-ci il tarixində Daxili İşlər nazirinin Ə535 nömrəli əmri ilə “Azərbaycan Polisinin 100 illiyi (1918–2018)” Azərbaycan Respublikasının yubiley medalı;
    16 iyul 2018-ci il tarixində Müdafiə nazirinin 0228-t nömrəli əmri ilə “Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)” yubiley medalı;
    9 iyul 2019-cu il tarixində Xarici İşlər nazirinin S/01–19 nömrəli əmri ilə “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919–2019)” Azərbaycan Respublikasının yubiley medalı;
    21 dekabr 2019-cu il tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin 287 ş/h nömrəli əmri ilə “Hərbi Vətənpərvərlik Tərbiyəsində Xidmətlərə görə” Azərbaycan Respublikasının medalı;
    17 mart 2020-ci il tarixində Dövlət Miqrasiya Xidməti rəisinin 94 nömrəli əmri ilə “Miqrasiya orqanlarında qüsursuz qulluğa görə” 3-cü dərəcəli Azərbaycan Respublikasının medalı.
    PAYLAŞ:

    Oxşar xəbərlər