Masallıda əlilliyi olan şəxslərin əl işlərindən ibarət satış sərgisi təşkil edilib - FOTOLAR

Masallıda əlilliyi olan şəxslərin əl işlərindən ibarət satış sərgisi təşkil edilib - FOTOLAR
  • Sosial

  • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən Masallı şəhərində əlilliyi olan şəxslərin əl işlərindən ibarət “Zəfər” satış sərgisi təşkil edilib. 

    Asiya.az
    xəbər verir ki, Sərgidə Masallı rayon İcra Hakimiyyətinin Başçısı c
    Araz Əhmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi İdarə Heyəti sədrinin müşaviri Vüqar Əliyev, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, eləcədə rayon sakinləri iştirak ediblər.

    Sərgidə 6 sənət növü (rəssamlıq, xalçaçılıq, dülgərlik və s.) üzrə 112 əl işi nümayiş olunub. Əl işləri 20 nəfər əlilliyi olan şəxs tərəfindən hazırlanıb. Sərgidə xalçaçılıq və dülgərlik sənət nümunələri xüsusi maraqla qarşılanıb. 

    Sərginin açılışında Agentliyin İdarə Heyəti sədrinin müşaviri Vüqar Əliyev Agentlik tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin əl işlərindən ibarət satış sərgilər təşkil olunduğunu bildirib. Qeyd edib ki, bu sərgilərin təşkilində məqsəd əlilliyi olan şəxslərin yaradıcı potensialının cəmiyyətə tanıdılması və onların sosial inteqrasiyasına dəstək verilməsidir.

    Tədbirin sonunda musiqi bacarığı olan 18 yaşınadək əlilliyi olan şəxslər və musiqi kolleci tələbələrinin “Qələbənin nəğməsi” adlı birgə konsert proqramı təqdim olunub.

    Satış sərgisində Masallı rayonu ilə yanaşı qonşu Lənkəran, Astara, Cəlilabad və Yardımlı rayonlarının əlilliyi olan şəxslərin də əl işləri yer alırdı.









    PAYLAŞ:

    Oxşar xəbərlər