Bu ölkədə nikahdankənar cinsi əlaqə qadağan edildi

Bu ölkədə nikahdankənar cinsi əlaqə qadağan edildi
  • Maraqlı

  • İndoneziya parlamenti ölkədə hər kəsə nikahdankənar cinsi əlaqəni qadağan edən və siyasi azadlıqları məhdudlaşdıran yeni cinayət məcəlləsini qəbul edib.

    Asiya.az "BBC”yə istinadən xəbər verir ki, əhalisinin əksəriyyəti müsəlman olan ölkədə dini mühafizəkarlığın yüksəlişindən sonra bir sıra dəyişikliklər baş verib.Qanuna görə, evli olmayan cütlüklər cinsi əlaqəyə görə bir ilədək həbs cəzası ala bilərlər. 

    Bu qərar İndoneziyada yaşayan və ya Bali kimi istirahət mərkəzlərini ziyarət edən əcnəbilərə və yerlilərə eyni dərəcədə aiddir.

    İddiaya görə, qaydaya əməl etməyən şəxslərin cəzası 9 aydan bir ilə qaldırılıb.

    PAYLAŞ:

    Oxşar xəbərlər